Bayden Sisini “Meksika prezidenti” adlandırdı – Video

Bayden Sisini “Meksika prezidenti” adlandırdı – Video

Bayden keçirdiyi mətbuat konfransında Misir Prezidenti Əbdülfəttah əs-Sisini “Meksika prezidenti” adlandırıb.

AzerTimes xəbər verir ki, Ağ Evin rəhbəri bunu Qəzza ilə bağlı sualı cavablandırarkən deyib.

Prezident eyni zamanda onun haqqında hazırlanan məhkəmə hesabatında yaddaşının zəifliyi ilə bağlı ittihamlara etirazını bildirib:

“Mənə hafizəmin yaxşı olmadığını deyilir, yaddaşım yaxşıdır. Oğlumun vəfat etdiyi ili xatırlamadığım qeyd olunub. Buna necə cürət edirlər? Kim bunu unuda bilər?”

Sözügedən hesabatda Baydenin vitse-prezidentliyi dövrdə məxfi sənədləri evinə apardığı vurğulanıb və Ağ Ev rəhbəri “xoş niyyətli, zəif hafizəsi olan yaşlı biri” kimi xarakterizə edilib.

Teqlər: