Misir Prezidenti Əbdülfəttah Sisi Qəzza zolağına 20 yük maşını humanitar yardımın çatdırılması üçün “Rəfah” sərhəd-buraxılış məntəqəsinin açılmasına razılaşıb.
AzerTimes xəbər verir ki, bunu ABŞ-nin Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında bildirib.
Ağ Ev rəhbəri Sisi ilə telefon danışığı apardığını bildirib.