Bayden Sinvara görə Netanyahuya zəng etdi

Bayden Sinvara görə Netanyahuya zəng etdi

ABŞ Prezidenti Co Baydenlə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

O bildirib ki, iki lider Həmas lideri Yəhya Sinvarın öldürülməsindən sonra Qəzzada qalan 101 girovu azad etmək üçün yeni imkanlar barədə danışıblar:

“İki lider girovların azad edilməsi üçün irəliləyiş imkanlarının olduğu və bu məqsədə nail olmaq üçün birlikdə çalışacaqları barədə razılığa gəliblər”.

Bayden həmçinin Netanyahunu və İsrail ordusunu Sinvarın öldürülməsi ilə bağlı təbrik edib.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Co Baydenin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümü ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə yaxın vaxtlarda telefon danışığı aparacağı xəbəri yayılmışdı.

Teqlər: