Bayden: Şimşək vurdu, evimiz dağıldı

Bayden: Şimşək vurdu, evimiz dağıldı

ABŞ Prezidenti Co Bayden Floridada baş vermiş təbii fəlakətin nəticələri ilə bağlı çıxışı zamanı 15 il öncə evinə şimşək düşdüyünü xatırladıb.

AzerTimes xəbər verir ki, Ağ Ev rəhbəri təbii fəlakətdən zərər görən insanları çox yaxşı anladığını bildirib.

“Bununla bağlı təcrübəmdən nə qədər qorxu və narahatlığın olduğunu anlayıram. 15 il əvvəl şimşək vurdu, biz evimizi itirmədik, lakin evin böyük hissəsi yararsız hala düşdü. Gedəcəyimiz yer var idi, yaxınlıqda qohumlarımız yaşayırdı. Tam itirməsək də, o hissləri anlayırıq: bu gecə başımızı hara qoyacağıq, uşaqlarımız üçün yaxşı olacaqmı, məktəbə gedə biləcəklərmi, sığorta dəyən zərəri qarşılayacaqmı? Bu suallara cavab vermək üçün işləyirik”, – deyə Bayden bildirib.

Teqlər: