ABŞ prezidenti Cozef Bayden administrasiyasına “Şimal axını 2”
qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” və onun
rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyi tapşırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə C.Baydenin Ağ Ev tərəfindən
yayımlanan yazılı bəyanatında deyilir.
“Bu gün mən öz administrasiyasıma göstəriş verdim ki, “Nord
Stream 2 AG” və bu təşkilatın vəzifəlilərinə qarşı sanksiyalar
tətbiq edilsin”, – deyə bəyanatda bildirilir.