ABŞ Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının Sədri Si Cinpinin ötən həftə baş tutan telefon danışığı zamanı onunla görüşdə imtina etməsi barədə yayılan xəbərləri təkzib edib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.
Ağ Evin mətbua xidməti bildirib ki, C.Bayden Kolorado ştatına səfərindən sonra Vaşinqtona qayıdanda jurnalistlər Si Cinpinin onunla görüşməkdən imtina etməsi ilə bağlı məlumatları şərh etməsini istəyiblər.
Qeyd edilir ki, ABŞ Prezidenti jurnalistlərin sualına cavabında bu xəbərlərin yalan olduğunu deyib.
Xatırladaq ki, daha əvvəl “Financial Times” qəzetinə iki ölkə liderinin telefon danışığının təfərrüatları barədə məlumatlı mənbəyə istinadən bildirmişdi ki, C.Bayden keçən həftə Si Cinpinlə 90 dəqiqəlik telefon danışığı zamanı qarşı tərəfə yüksək səviyyəli görüş keçirməyi təklif edib. Lakin Si Cinpin bu təklifi rədd edib və vurğulayıb ki, Vaşinqton Pekinə münasibətdə sərt tondan imtina etməlidir.