NATO-nun baş katibi postuna Niderland Baş naziri Mark Rutteni dəstəkləyən ABŞ Prezidenti Co Bayden Şərqi Avropaya gözlənilməz siqnal göndərib.
AzerTimes xəbər verir ki, bunu “Amerikan Konservativ” (The American Conservative) jurnalının baş redaktoru Sumantra Maytra deyib.
“Bayden maraqlı hesablama apardı. Avropanın lideri qismində o, köhnə Avropanı dəstəklədi, keçmiş kommunist blokunu deyil. Bu, güc nümayişi və şərqə tonunu azaltması üçün bir siqnaldır”, – Maytra bildirib.
Onun sözlərinə görə, NATO baş katibi postuna Estoniya Baş naziri Kaya Kallasın və ya Kanada baş nazirinin müavini Xristi Frilandın təyin olunması Moskva ilə daha böyük münaqişəyə gətirib çıxara bilərdi.