ABŞ Prezidenti Co Bayden və İspaniya Baş naziri Pedro Sançes arasında Madriddə görüş keçirilib.
AzerTimes xəbər verir ki, tərəflər birgə bəyannamə imzalayıb.
Bəyannamədə qeyd olunur ki, İspaniya və ABŞ Şimali Afrika regionunda qanunsuz miqrasiya çağırışlarına cavab olaraq davamlı əməkdaşlığın vacibliyini qəbul edir və iki ölkə qanunsuz miqrasiyanın əsas səbəblərini aradan qaldırmaq üçün səyləri əlaqələndirmək barədə razılığa gəliblər.