ABŞ prezidenti Co Bayden qondarma “DNR” və “LNR”nin tanınması
üçün Rusiyaya qarşı ilk sanksiyalar paketinin tətbiqi qərarını
açıqlayıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə ABŞ prezidenti çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sanksiyalar ABŞ-ın 2014-cü ildə tətbiq
etdiyindən daha sərt olacaq:
“Mən (Rusiyanın fəaliyyətinə) cavab olaraq sanksiyalar tətbiq
etməklə başlayacağam ki, bu, bizim və tərəfdaşlarımızın 2014-cü
ildə atdığı addımlardan qat-qat əhəmiyyətli olacaq”.
C.Bayden bildirib ki, xüsusilə, bloklaşdırıcı sanksiyalar (yəni
SDN-Siyahısına daxil edilməsi) Rusiyanın “VEB” bankına təsir
edəcək. O, həmçinin Rusiya müdafiə sənayesinin əsas bankı olan
Promsvyazbank-ı da qeyd edib.
C.Bayden həmçinin söz verib ki, ABŞ fevralın 23-dən etibarən
Rusiya elitasına və onların qohumlarına qarşı sanksiyalar tətbiq
etməyə başlayacaq.
Sanksiyalar Rusiyanın xarici borc bazarlarına çıxışına da təsir
edəcək.