Bayden Rusiyanın G20-dən xaric edilməsinə çağırıb

ABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən xaric edilməsinin
tərəfdarı olduğunu deyib.

AzerTimes-ın məlumatına görə, bu barədə C.Bayden Brüsseldə keçirilən
mətbuat konfransı zamanı bildirib.

“Bəli. Bununla belə, qərar G20-nin özündən asılıdır”, – deyə
C.Bayden Ukraynada baş verən hadisələr fonunda Rusiya
Federasiyasının G20-dən xaric edilməsi ideyasını
dəstəkləyib-dəstəkləmədiyi barədə suala cavabında deyib.

“Əgər bunu etmək mümkün olmasa, o zaman biz Ukraynanı görüşə
dəvət etməliyik”, – deyə ABŞ Prezidenti bildirib.