ABŞ Prezidenti Co Bayden öz siyasəti ilə Rusiya və Çini yaxınlaşmağa sövq edib.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
“Bayden Rusiya ilə Çini evlənməyə məcbur etdi. Onlar artıq bir ailədir”, – Tramp “Blumberq”ə bildirib.
O, Üçüncü Dünya müharibəsi təhlükəsinə də toxunub:
“Dünya hazırda təhlükəlidir. Baydenin prezidentliyinin bitməsinə beş ayımız qalıb. Düşünürəm ki, Üçüncü Dünya müharibəsi riski var”.