ABŞ prezidenti Co Bayden Rusiya və Belarusla normal ticarət
əlaqələrini dayandırmaq, eləcə də Rusiyadan enerji daşıyıcıların
idxalını qadağan edən qanun layihələrini imzalayıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Açıqlamada qeyd olunub ki, C.Bayden hər iki sənədi
imzalayıb.
C.Bayden artıq mart ayında Rusiyadan enerji daşıyıcıların
idxalını qadağan edən fərman imzalamışdı. Konqres tərəfindən qəbul
edilən qanun layihəsi əslində bu tədbiri kodlaşdırır.