Rusiya-Ukrayna münaqişəsi Ukraynanın hüdudlarından kənara çıxır və NATO üçün təhlükə yaranır.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
“Bu, NATO-ya, Avropanın təhlükəsizliyinə və gələcək transatlantik münasibətlərə təsir edir. Rusiya bəzi NATO müttəfiqlərini təhdid edir”, – deyə Ağ Ev rəhbəri bildirib.
Dövlət rəhbərinin bu açıqlamasını şərh edən Rusiya mediası isə iddia edir ki, Bayden bu açıqlama ilə Konqresdən Ukrayna üçün əlavə maliyyə yardımı almağı hədəfləyib.