Qərb ölkələri Rusiyaya hücum etməyi planlaşdırmır, onun üzərinə nəzarəti bərpa etməyə, yaxud onu məhv etməyə çalışmır.
AzerTimes xəbər verir ki, bu sözləri Polşada səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.
“Bir daha rus xalqına müraciət edirəm. ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarət yaratmağa, yaxud onu məhv etməyə çalışmır. Qərb Rusiyaya hücum etməyi planlaşdırmayıb. Rusiyanın milyonlarla vətəndaşı sadəcə qonşuları ilə sülh şəraitində yaşamaq istəyir”, – deyə Ağ Ev rəhbəri bildirib.