Bayden reytinqinin rekord dərəcədə azalmasını şərh edib

ABŞ prezidenti Co Bayden onun reytinqinin 38%-ə düşdüyünü göstərən sorğu məlumatlarını şərh edib.

Trend xəbər verir ki, yerli telekanala müsahibəsində dövlət başçısı bildirib ki, o, əhalinin 50%-nin dəstəyini əks etdirən digər məlumatlar ilə tanış olub. Onun sözlərinə görə, reytinqi onun administrasiyasının qərarlarının sadə amerikalılara çatanda yüksələcək.

BAyden əlavə edib ki, onun reytinqi əvvəlki ABŞ prezidentlərinin, o cümlədən Barak Obama və Bill Klintonun reytinqi ilə eyni səviyyədədir. Ağ Evin rəhbəri vurğulayıb ki, çoxlu sayda amerikalı pandemiya və bununla bağlı böhrandan narahatdır.

Teqlər: