Bayden: Regional müharibə başlaya bilər

Bayden: Regional müharibə başlaya bilər

Yaxın Şərqdə baş verənlər asanlıqla regional müharibəyə çevrilə bilər, lakin Qəzza zolağında atəşkəs hələ də mümkündür.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden CBS telekanalına müsahibəsində deyib.

“2025-ci ilin yanvarında vəzifəsini tərk etməzdən əvvəl Qəzzada atəşkəsin mümkünlüyünə inanırsınızmı?” sualına Bayden belə cavab verib:

“Bəli. Hələ də mümkündür. Mənim hazırladığım, G7 tərəfindən təsdiqlənən, BMT Təhlükəsizlik Şurası və digərləri tərəfindən təsdiqlənən atəşkəs planı hələ də qüvvədədir. Hər gün və bütün komandamla vəziyyətin regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün çalışıram. Ancaq bu asanlıqla baş verə bilər”.

Teqlər: