ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda 77-ci sessiya çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Görüşdə Rusiya və Ukrayna arasındakı vəziyyət, bunun beynəlxalq ictimaiyyət üçün təsirləri, müharibənin fəsadları müzakirə edilib.
Bayden, həmçinin Ukrayna taxılının Qara dənizdən keçirilməsi təşəbbüsündə gördüyü işlərə görə Quterreşə təşəkkür edib.