Bayden qondarma “erməni soyqırımı”nı tanımaqla Ankara ilə çoxillik ittifaqı pozacaq – Piter Teys

Xəbər - Ləman Zeynalova – Trend:

Qondarma “erməni soyqırımı”nı tanımaqla ABŞ prezidenti Co Bayden Vaşinqtonla Ankaranın çoxillik ittifaqını pozacaq.

Bunu AzerTimes-a amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nı tanımaqla prezident C.Bayden ciddi səhvə yol verəcək:

“Bununla da Ağ Ev Türkiyə ilə strateji münasibətlərinə ziyan vuracaq. Əvvəlki prezident Donald Trampın administrasiyası prezident Rəcəb Tayyib Ərdoğanla tərəfdaşlıq münasibətlərinin inkişafı və möhkəmlənməsi üçün çox səy göstərib. Amma Baydenin xarici siyasəti naməlumdur və uğursuzluğa məhkumdur. Qondarma “erməni soyqırımı”nı tanımaqla prezident Bayden Vaşinqtonla Ankaranın çoxillik ittifaqını pozacaq. Bundan başqa, NATO-da müəyyən parçalanmalara səbəb olacaq”.

Ekspert bildirib ki, Ağ Evin nümayəndələri Vaşinqtondakı erməni lobbi qrupları tərəfindən dezinformasiyaya məruz qalıb: “Türkiyə dünyanın ən iri iyirmi iqtisadiyyatından biridir, onun ordusu isə Aralıq dənizi regionunda ən müasir və ən yaxşı təchiz olunmuş silahlı qüvvələrdir. Ona görə də Ankara ilə diplomatik əlaqələndirmənin olmamsı və fikir ayrılıqları Baydenin Ağ Evdə dördillik rəhbərliyi dövründə ən böyük tarixi səhvi olacaq. ABŞ-la Türkiyə arasında münasibətlər ABŞ-ın xarici siyasətinin vacib elementidir və ölkənin milli təhlükəsizliyinə istənilən digər ikitərəfli tərəfdaşlıqdan daha çox uyğundur”.

P.Teys əlavə edib ki, prezident Bayden diqqətini daha çox milli iqtisadiyyatın möhkəmlənməsinə, ABŞ-da və xaricdə dayanıqlı inkişafın təmin olunmasına yönəltməlidir: “Ağ Ev onilliklər boyu Ermənistanın faşist rejiminin qurduğu eybəcər tələyə düşməməlidir”.

Teqlər: