“Milton” qasırğası səbəbiylə Almaniyaya səfərini ləğv edən ABŞ Prezidenti Co Bayden gələn həftə Berlinə səfər etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
“Bayden cümə günü Almaniya kansleri Olaf Şolts və ölkə Prezidenti Frank-Valter Ştaynmayerlə günü görüşəcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden “Milton” qasırğasının ABŞ-a yaxınlaşması ilə əlaqədar oktyabrın 10-15-də Almaniya və Anqolaya planlaşdırılan səfərini təxirə salmışdı.