ABŞ prezidenti Cozef Bayden iyun ayında Avropaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyinə ümid edir.
AzerTimes-ın məlumatına görə, bunu C.Bayden Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistin V.Putinə görüşün keçirilməsi barədə təklif edilib-edilmədiyi barədə sualına cavabında deyib.
ABŞ prezidenti bildirib: “Mənim ümidim və gözləntim bundan ibarətdir. Biz bunun üzərində işləyirik”.