ABŞ Prezidenti Co Bayden misirli həmkarı Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Qəzza zolağında atəşkəslə bağlı Qahirədə keçiriləcək danışıqları müzakirə ediblər.
Onlar, həmçinin, İsrail və HƏMAS arasında razılaşmanın təcili bağlanmasının vacibliyini qeyd ediblər.