ABŞ bütün amerikalılar koronavirusa qarşı dərmanla təmin edildikdə vaksinləri dünya ilə paylaşmağa hazırdır.
Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden “Merck” və “Johnson & Johnson” dərman şirkətlərinin rəhbərliyi ilə görüşdə deyib.
“Vaksinlərimiz artıq olsa, dünya ilə paylaşacağıq. Dünyanın qalan hissəsi təhlükəsizlikdə olmayana qədər biz təhlükəsizlikdə ola bilmərik” – ABŞ prezidenti deyib.