Bayden Netanyahuya atəşkəsin əldə edilməsi üçün təzyiq edib – CNN telekanalı

ABŞ Prezidenti Cozef Bayen İsrail Baş naziri Binyamin Netanyahuya təzyiq göstərərək Yəhudi dövlətinin səlahiyyətlilərindən Fələstin HƏMAS hərəkatı ilə barışığa razılıq verilməsini tələb edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə “CNN” televiziya şirkəti məlumat verib.

Bildirilir ki, mayın 19-da telefon danışığı zamanı amerikan administrasiyasının başçısı İsrail baş nazirinə barışıq barədə müddət açıqladı. “CNN” mənbələri qeyd edirlər ki, C.Bayden Netanyahu ilə danışarkən əsəbini gizlətməyib və söhbətə əvvəlkindən daha “birbaşa, açıq və qərəzsiz” ifadələr işlədib. Həmin gün Ağ Evin mətbuat xidməti Cozef Baydenin Netanyahudan İsrail və Fələstin arasındakı gərginliyin ciddi şəkildə azalmasını gözlədiyini söyləyib.

Teqlər: