ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, rəsmilər Qəzzadakı vəziyyəti, mülki şəxslərin müdafiəsinin prioritetini və humanitar yardımın artırılması ehtiyacını müzakirə ediblər.