ABŞ Prezidenti Cozef Bayden neftin qiymətinin artmasında Rusiya və OPEK ölkələrini ittiham edib .
AzerTimes-ın məlumatına görə, bu barədə C.Bayden Qlazqoda keçirilən mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, neftin qiymətinin artması OPEK ölkələrinin, xüsusən də Rusiyanın əlavə neft hasilatından imtinasının nəticəsidir:
“Benzinin, neftin qiymətlərinə nəzər salsanız, bu, Rusiya və ya OPEK ölkələrinin neft hasilatını artırmaqdan imtinasının nəticəsidir”.