Bayden müttəfiqləri ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışacaq

ABŞ prezidenti Co Bayden bu gün müttəfiqləri və tərəfdaşları ilə
Ukrayna ətrafındakı vəziyyəti və Rusiyaya qarşı tədbirləri müzakirə
edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Ev tərəfindən yayımlanan
Amerika liderinin cədvəlində göstərilib.

“Prezident Rusiyanın Ukraynaya hücumu ilə bağlı son hadisələri
müzakirə etmək və vahid cavab tədbirlərimizi əlaqələndirmək üçün
müttəfiqləri və tərəfdaşları ilə təhlükəsiz xətti ilə danışacaqlar
aparacaq”, – deyə sənəddə qeyd olunub.

Teqlər: