Bayden: Müsəlmanların qətlinə qəzəbləndim!

Bayden: Müsəlmanların qətlinə qəzəbləndim!

Albukerkedə dörd müsəlman kişinin dəhşətli qətli məni qəzəbləndirir və kədərləndirir. Tam araşdırmanı gözlədiyimiz müddətdə dualarım ölənlərin ailələri ilədir və administrasiyam müsəlman icmasının yanındadır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Tvitter səhifəsində yazıb.

“Bu mənfur hücumlara Amerikada yer yoxdur”, – Bayden əlavə edib.

Qeyd edək ki, Qeyd edək ki, hadisə Nyu-Meksiko ştatının Albukerke şəhərində odlu silahla qətlə yetirilən 3 müsəlmanın meyiti aşkarlanıb. Daha sonra daha bir müsəlmanın meyiti tapılıb.

Şəhərinin səlahiyyətli şəxsləri qətllər arasında əlaqənin olduğunu vurğulayıblar.

Teqlər: