Bayden koronavirusun yeni variantlarının ortaya çıxması ehtimalına hazır olmağa çağırıb

ABŞ prezidenti Co Bayden hesab edir ki, koronavirusun yeni
variantlarının yaranmasına hazırl olmaq lazımdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət başçısı
bu barədə çərşənbə axşamı Konqresinin Nümayəndələr Palatası və
Senatında müraciəti zaman deyib.

“Biz koronavirusun yeni variantlarına hazır olmalıyıq. Son bir
il ərzində yeni ştammların müəyyən edilməsində əhəmiyyətli
irəliləyiş əldə etmişik. Koronavirusun yeni variantlarının ortaya
çıxması halında ABŞ 100 gün ərzində yeni peyvəndlərdən istifadəyə
hazır olacaq”, – C. Bayden bildirib.

O, həmçinin, ölkə vətəndaşlarını özlərini vaksin və dərman
preparatları ilə koronavirusdan qorumağa çağırıb.

Teqlər: