Bayden Kiyevə gəlmək üçün “təhlükəsizlik zəmanəti” alıb

Bayden Kiyevə gəlmək üçün “təhlükəsizlik zəmanəti” alıb

ABŞ Prezidenti Co Bayden Ukraynaya gəlməzdən öncə təhlükəsizliyi ilə bağlı zəmanət alıb.

AzerTimes xəbər verir ki, bu sözləru Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev Baydenin Kiyevə səfəri haqda Teleqram kanalında qeyd edib.

“Əvvəlcədən təhlükəsizlik zəmanəti alan Bayden nəhayət Kiyevə gəldi”, – deyə o yazıb.

Medvedyev Baydenə “təhlükəsizlik zəmanətini” kimin verdiyini açıqlamayıb.

Bundan öncə isə tanınmış rusiyalı politoloq Sergey Markov Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Co Baydenin Kiyevə gəlmək üçün təhlükəsizlik zəmanəti verdiyini bildirmişdi.

Teqlər: