Bayden Kişida ilə nələri müzakirə edəcək?

Bayden Kişida ilə nələri müzakirə edəcək?

ABŞ Prezidenti Co Bayden və Yaponiya Baş naziri Fumio Kişida yanvarın 13-də Ağ Evdə keçiriləcək danışıqlarda birgə təhlükəsizlik, qlobal iqtisadi problemlər, texnologiya və ixraca nəzarəti müzakirə edəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev rəsmilərindən biri məlumat verib.

“Texnologiyalar və öz güclü tərəflərimizi qoruyub saxlamağın və bunun üçün lazımi nəzarət və təminatlara malik olduğumuzdan əmin olmağın vacibliyi müzakirə olunacaq”, – rəsmi qeyd edib.

Teqlər: