ABŞ prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen Inla
görüşməyə hazır olduğunu bildirib.
Trend-in
məlumatına görə, o, bu barədə Seulda Cənubi Koreya prezidenti Yun
Sok Yöllə görüşü zaman deyib.
O əlavə edib ki, görüşün keçirilməsi Şimali Koreya rəhbərinin
ciddi niyyətindən asılı olacaq.
Eyni zamanda, Cənubi Koreya prezidenti də Şimali Koreya ilə
danışıqlara hazır olduğunu deyib.