Bayden iyunda Britaniya və Belçikaya səfər edəcək

ABŞ prezidenti Cozef Bayden vəzifəsinin icrasına yanvar ayında başladığından ilk xarici səfərini iyun ayında Britaniya və Belçikaya edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ evdən bildiriblər.

C.Bayden 11-13 İyun tarixlərində Britaniyanın Kornvelda keçiriləcək G7 Sammitinə qatılacaq və qrup üzvlərinin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Bayden daha sonra 14 iyun tarixində keçiriləcək NATO və ABŞ-AB Sammitlərində iştirak etmək, eyni zamanda digər NATO liderləri ilə ikitərəfli görüşlər keçirmək üçün Belçika paytaxtı Brüsselə yollanacaq.

Teqlər: