Bayden İsrailə yardım layihəsinə veto qoyacaq

Bayden İsrailə yardım layihəsinə veto qoyacaq

Ağ Ev İsrailə yardım haqqında qanun layihəsinə veto hüququndan istifadə edəcək. Çünki layihədə Ukraynaya da yardım yer almasa, o natamam olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin müvafiq bəyanatına istinadən “Röyters” məlumat yayıb.

Məlumata görə, Bayden administrasiyası Ukrayna və İsrailə yardımın, eləcə də sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsinin vahid paketə daxil edilməsini istəyir.

Qeyd olunur ki, Bayden administrasiyası aylardır Senatdakı demokratlar və respublikaçılarla birlikdə ABŞ-ın immiqrasiya sistemini yenidən nəzərdən keçirəcək, sərhəd təhlükəsizliyinə daha çox pul əlavə edəcək, Ukrayna, İsrail və Hind-Sakit kkean regionundakı tərəfdaşlarına milyardlarla dollar yardım ayıracaq qanun layihəsi üzərində işləyir.

Teqlər: