Bayden İraqın baş naziri ilə görüşəcək

ABŞ Prezidenti Cozef Bayden iyulun 26-sı İraqın baş naziri Mustafa əl-Kazımi ilə görüşəcək.

AzerTimes-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, görüş ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək.


Bildirilir ki, görüşün keçiriləcəyi barədə məlumatı Vaşinqton administrasiyasının nümayəndəsi təsdiq edib. Lakin Ağ Evin məbuat xidməti bu barədə açıqlama verməyib.