Bayden İranla nüvə razılaşmasına qayıtmaqdan danışdı

ABŞ İranla nüvə razılaşmasına qayıtmağa hazırdır və İran hakimiyyətindən də eyni şeyi gözləyir.

AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.


C.Bayden qeyd edib ki, Tehranın əməkdaşlıq etmək istəyi Vaşinqtonun anoloji cavab verməsinin şərtidir: “ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sadiqdir”.