Bayden “İranı azad edəcək”? – Ağ Ev

Bayden “İranı azad edəcək”? – Ağ Ev

Prezident Bayden “Narahat olmayın, biz İranı azad edəcəyik. İran xalqı tezliklə azad olacaq” sözləri ilə İrandakı aksiyalara bir daha dəstəyini ifadə edib.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evdən verilən açıqlamada bildirilib.

“Bayden bir daha bizim İran xalqı ilə həmrəylimizi ifadə etdi” – Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, İran öz yaratdığı problemlərlə üz-üzədir:

“Prezident Bayden çox dəqiq bildirdi ki, rejimin öz xalqı ilə davranışlarına görə cavabdehlik daşımasının yollarını axtarmağa davam edəcəyik”.

Kirbi onu da qeyd edib ki, hazırda İran rejiminin dəyişmə astanasında olduğuna dair heç bir əlamət görmürlər.

Teqlər: