ABŞ Prezidenti Co Bayden ABŞ prezidenti Co Bayden İrana qarşı fövqəladə vəziyyətin müddətini uzadıb. Bu, ABŞ-ın 1979-cu ilin noyabrında tətbiq etdiyi sanksiyaların davam etdirilməsini nəzərdə tutur.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.
Qeyd edilir ki, bu addım İrandakı vəziyyətin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün yaratdığı fövqəladə təhlükə ilə mübarizə zərurəti ilə bağlıdır.