Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb

ABŞ Prezidenti Cozef Bayden İrana qarşı 1995-ci ildə Bill Klinton rəhbərliyi dövründə tətbiq edilən sanksiyaları daha bir il müddətinə uzatıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin press-relizində deyilir.

C.Bayden artıq ölkə Konqresinəə 1995-ci ildə İrana qarşı “fövqəladə vəziyyət” rejimini bir il uzatdığına dair bildiriş göndərib.

Bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal reyestrdə dərc ediləcək.

Teqlər: