ABŞ Prezidenti Co Bayden ölkədə ölkədə davam sürətli inflyasiya ilə bağlı növbəti açıqlama verib.
AzerTimes xəbər verir ki, Ağ Ev rəhbəri Filadelfiyada mərasimdə çıxışı zamanı hazırki sosial-iqtisadi vəziyyətlə bağlı optimist olduğunu bildirib.
“Həqiqət ondan ibarətdir ki, mən indiki qədər Amerika haqqında optimist olmamışam”, – deyə Bayden bildirib.
Qeyd edək ki, ABŞ-da benzinin bir qalonunun qiyməti 5 dolları ötüb. Üstəlik, ölkədə ərzaq məhsullarının qiyməti də sürətlə artmaqdadır.