Bayden Honq Konqa dair fövqəladə vəziyyət rejimini bir il uzadıb

ABŞ prezidenti Cozef Bayden Honq Konqa dair fövqəladə vəziyyətin 14 İyul 2022-ci ilə qədər uzadılması barədə qərar verib.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.

“Hong Konqdakı vəziyyət, o cümlədən Çinin Honq Konqun muxtariyyətini zəiflətmək üçün etdiyi son tədbirlər ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün həddən artıq təhlükə yaratmağa davam edir. Bu səbəbdən 14 iyul 2020-ci il tarixində elan edilmiş milli fövqəladə rejim 14 İyul 2021-dən sonra davam etməlidir”, – sənəddə deyilir.”

Teqlər: