Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib

ABŞ prezidenti Co Bayden Hind-Sakit okean regionunda yeni
iqtisadi təşəbbüsün işə salındığını elan edib.

Trend-in
məlumatına görə, ABŞ prezidenti bunu Yaponiyaya səfəri zamanı
açıqlayıb.

O qeyd edib ki, IPEF (Indo-Pacific Economic Framework)
təşəbbüsünə ilkin mərhələdə ABŞ və Yaponiya ilə yanaşı, Avstraliya,
Bruney, Hindistan, İndoneziya, Cənubi Koreya, Malayziya, Yeni
Zelandiya, Filippin, Sinqapur, Tailand və Vyetnam daxil olacaq.

“Hind-Sakit okean regionunun payına dünya əhalisinin yarısı və
dünya iqtisadiyyatının 60 faizi düşür. 21-ci əsr iqtisadiyyatının
gələcəyi bu regionda yazılacaq”, – C.Bayden deyib.