Bayden Harrisi “Tramp” adlandırdı, Tramp ələ saldı

Bayden Harrisi “Tramp” adlandırdı, Tramp ələ saldı

ABŞ Prezidenti Co Bayden beynəlxalq sammitdə Ukrayna Prezidenti Vladimir Zelenskini “Prezident Putin” adlandırmaqla yanaşı, Kamala Harrisi də “vitse-prezident Tramp” adlandırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.

ABŞ prezidenti “ehtiyac olduğu halda” Kamala Harrisin onun vəzifə öhdəliklərini yerinə yetirmək üçün uyğun olub-olmadığı haqda sualı belə cavablandırıb:

“Mən vitse-prezident Trampı heç vitse-prezidentliyə seçməzdim. Onun prezidentliyə layiq keyfiyyətlərə sahib olmadığını düşünürəm”.

Tramp Baydenin növbəti yanlış davranışından yararlanaraq, dərhal sosial şəbəkədə “Əla işdir, Co!” paylaşımını edib.

Teqlər: