Fələstin rəhbərliyi ABŞ Prezidenti Co Baydenə bir sıra şərtlər irəli sürmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Məlumata görə, Fələstin rəhbərliyinin ümumilikdə beş tələbi olacaq:
“Ən əsası isə İsrail və Fələstin arasında danışıqlar prosesinin bərpasıdır. Söhbət Qüdsdə ABŞ konsulluğunun açılması, Fələstin Azadlıq Təşkilatının terrorçular siyahısından çıxarılması, həmçinin Vaşinqtonun fələstinlilərə qarşı eskalasiyanı dayandırması üçün İsrailə təzyiq göstərməkdən gedir. Eyni zamanda, Fələstin rəhbərliyi Baydendən ABŞ-dan maliyyə yardımının bərpasını tələb etmək niyyətindədir”.
Qeyd edək ki, Baydenin Yaxın Şərqə səfəri bu aya planlaşdırılıb. Səfər çərçivəsində Amerika lideri İsrail, Fələstin və digər ölkələrə gedəcək.