Bayden G7 liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

ABŞ Prezidenti Cozef Bayden G7 liderləri ilə Ukraynadakı
vəziyyəti müzakirə etməyi planlaşdırır.

AzerTimes-ın məlumatına görə, fevralın 24-də G7 liderlərinin virtual
formatda görüşü keçiriləcək.


“Prezident Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyəti, eləcə
də Almaniyanın G7-yə sədrliyi ilinin prioritetlərini müzakirə etmək
üçün G7 liderlərinin virtual görüşündə iştirak edəcək”, – deyə
C.Baydenin fevralın 24-ü üçün olan cədvəlində deyilir.