Bayden fövqəladə vəziyyət elan etdi

Bayden fövqəladə vəziyyət elan etdi

ABŞ Prezidenti Co Bayden Missisipi ştatında qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

“Bazar günü Prezident Co Bayden Missisipi ştatında fövqəladə vəziyyət elan etdi və 24-25 mart tarixlərində qasırğanın ziyan vurduğu ərazilərdə yerli hökumətin yardım səylərini tamamlamaq üçün federal yardım əmri verdi”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, ABŞ-ın Missisipi və Alabama ştatlarında baş verən qasırğa nəticəsində 26 nəfər həlak olub.

Teqlər: