Bayden fəlakət bölgəsinə gedəcək

Bayden fəlakət bölgəsinə gedəcək

ABŞ Prezidenti Co Bayden fəlakətli yanğınların qeydə alındığı Maui adasını ziyarət edə biləcəyini bildirib.

AzerTimes TASS-a istinadən xəbər verir ki, Amerika lideri jurnalistin Mauiyə səfərinin mümkünlüyü ilə bağlı sualına “Biz bunu nəzərdən keçiririk” cavabını verib.

Havay adalarının qubernatoru Con Qrin şənbə günü bildirib ki, adada baş verən yanğınlar ABŞ-də son əsrin ən ölümcül yanğını olub. Avqustun 9-da Mauidə meşə yanğını başlayıb. Güclü külək nəticəsində yanğın qısa zamanda turizm şəhəri olan Lahaynaya keçib və nəticədə şəhər tamamilə yanıb.

Teqlər: