Bayden əqli qabiliyyətini itirib – Sorğu

Bayden əqli qabiliyyətini itirib – Sorğu

Amerika vətəndaşlarının əksəriyyəti hesab edir ki, ABŞ Prezidenti Co Bayden əqli qabiliyyətini itirir.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə “Rasmussen Reрorts” tədqiqat təşkilatının dərc etdiyi sosioloji sorğunun nəticələrində göstərilib.

Respondentlərin 59%-i hesab edir ki, Amerika lideri zaman keçdikcə daha çox əqli itiliyini itirir. Lakin sorğu iştirakçılarının 33% bu fikirlə razı deyil.

Sorğu nəticələrinə əsasən, amerikalıların əksəriyyəti medianın prezidentin idrak qabiliyyətinin zəifləməsini gizlətməyə çalışmasından şübhələnir.

Sorğunun nəticələrinin statistik səhvi 3 faiz bəndidir. Araşdırma 28-30 yanvar tarixlərində aparılıb. Burada 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 943 nəfər iştirak edib.

Qeyd edək ki, Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Baydenin üzvü olduğu Demokratlar Partiyasının bəzi rəsmiləri açıq şəkildə onu seçki kampaniyasında iştirakdan imtina etməyə çağırıblar.

Teqlər: