Prezident Co Bayden Əfqanıstanı “ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi” statusundan məhrum edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Mən Əfqanıstanın əsas qeyri-NATO müttəfiqi statusunu ləğv etmək niyyətindəyəm”, – Baydenin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə yazdığı məktubunda deyilir.
Qeyd edək ki, ABŞ 2012-ci ildə Əfqanıstanı NATO üzvü olmayan əsas müttəfiqi siyahısına daxil etmişdi.