Bayden əfqan liderlərini birliyə çağıracaq

ABŞ prezidenti Cozef Bayden Vaşinqtonda keçirilməsi gözlənilən danışıqlar zamanı Əfqanıstan prezidenti Əşrəf Qani və Milli barışma ali şurasının rəhbəri Abdullah Abdullahı Kabulun üzləşdiyi çətinliklər qarşısında birliyə çağıracaq.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer bildirib.

“Prezident birliyin, həmkarlığın və Əfqanıstan hökumətinin ölkənin üzləşdiyi əsas problemlər üzərində diqqətin cəmləşdirilməsinin vacibliyini vurğulayacaq”, – Ağ Ev rəsmisi deyib.

Bundan əlavə, K.Jan-Pyer ABŞ-ın Əfqanıstana “Johnson & Johnson” istehsalı olan 3 milyon doza koronavirusa qarşı peyvəndin veriləcəyi barədə məlumatı təsdiqləyib. Amerikan liderinin nümayəndəsi bildirib ki, dərmanlar gələn həftə Əfqanıstana çatdırılacaq.

Teqlər: