Bayden dünya liderləri ilə Ukraynanı müzakirə etdi

Bayden dünya liderləri ilə Ukraynanı müzakirə etdi

ABŞ Prezidenti Co Bayden müttəfiq və partnyorlarla Ukraynaya yardım mövzusunu müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Bildirilib ki, Amerika lideri Kanadanın Baş naziri Castin Trüdo, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Corciya Meloni, Yaponiyanın baş naziri Fumio Kişida, NATO-nun rəhbəri Yens Stoltenberq, Polşa Prezidenti Andjey Duda, Rumıniya Prezidenti Klaus İohannis, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə telefon danışığı aparıb.

Teqlər: